Elmar Məmmədyarov: "Senat komitəsinin qərarı təkcə ermənilərə yox, azərbaycanlılara da aiddir"

Elmar Məmmədyarov: "Senat komitəsinin qərarı təkcə ermənilərə yox, azərbaycanlılara da aiddir"
# 10 iyul 2015 14:27 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "ABŞ Senatının Təxsisatlar Komitəsinin qərarı Dağlıq Qarabağ münaqişəsinin qurbanı olmuş hər kəsə yardımı nəzərdə tutur".

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Senatının Təxsisatlar (ayırmalar) Komitəsinin Dağlıq Qarabağa maddi yardım ayrılması ilə bağlı qəbul etdiyi qərara münasibət bildirərkən deyib. O bildirib ki, bu qərar həm də azərbaycanlılara aiddir: “Qərar təkcə hazırda Dağlıq Qarabağda yaşayan şəxslərlə əlaqəli deyil. Bu, erməni tərəfinin uydurduğu bir şeydir. Tamamilə yalandır. Dəqiq olaraq belədir ki, Amerika hökuməti Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına yardım edəcək. Bu, əlbəttə ki, azərbaycanlılara da aiddir. Savab işdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR