İsmayıllıda təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına başlanıb

İsmayıllıda təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına başlanıb
# 13 iyun 2016 16:23 (UTC +04:00)


İsmayıllı. Elvin Yaqubov - APA. İsmayıllı rayonunda güclü selin yaratdığı təbii fəlakətin nəticələri aradan qaldırılır. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev APA-nın yerli bürosuna bildirib ki, Anchorrayonun Enişdibi kəndində 35 kilovoltluq elektrik xəttində metal anker-dayağın sel sularının təsirindən aşması nəticəsində 15 kəndə elektrik enerjisinin verilişi kəsilib. Talış qazpaylayıcı stansiyasından 11 kəndi qazla təchiz edən daşıyıcı kəmərin qırılması nəticəsində isə kəndlərə qaz verilişi dayanıb.

Hazırda həmin kəndlərin elektrik enerjisi və təbii qazla təminatı üçün tədbirlər davam etdirilir. Qarakolluq kəndində 4, Kürdmaşı kəndində 3 körpü və kəndarası yollar dağılıb.

Buynuz, Kəlbənd, Kürdmaşı, Aşıqbayramlı, Quşencə, Balik, Talış, Enişdibi, Hapıtlı, Qarakolluq və Təzəkənd kənlərində yağan güclü leysan və dolu nəticəsində fərdi təsərrüfatlara və əkin sahələrinə ciddi zərər dəyib, mal-qara tələfatı var. İlkin hesablamalar görə, rayonda ümumilikdə 500 hektar taxıl sahəsi, 50 hektar sahədə tərəvəz və bostan məhsulları, 30-a yaxın iri və xırda buynuzlu heyvan, 30-dan çox arı ailəsi, 2000-dən çox ev quşları tələf olub.

İsmayıllı rayon Fövqəladə hallar komissiyası tərəfindən rayona dəymiş ziyan dəqiqləşdirilir. Təbi fəlakətin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür, sakinlərlə yerlərdə görüşlər keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR