Corctaun Universitetinin imamı Yәhya Hendi: "Azərbaycan və Ermənistanın dini liderlәri bölgәdә sülhün carçıları ola bilәr" - FOTOSESSİYA

Corctaun Universitetinin imamı Yәhya Hendi: "Azərbaycan və Ermənistanın dini liderlәri bölgәdә sülhün carçıları ola bilәr"  - <span style="color: red;">FOTOSESSİYA
# 12 mart 2015 18:10 (UTC +04:00)

APA-nın mәlumatına görә, sәfir Robert Sekuta onun sәfәrinin mәqsәdinin Amerika günlәri çәrçivәsindә sosial vә dini mövzularda söhbәtlәr vә müzakirәlәr aparmaq olduğunu deyib. Sәfirin sözlәrinә görә, onun tәmsil etdiyi Corctaun Universiteti ABŞ-ın ilk vә әn qәdim katolik universitetidir: "Buna baxmayaraq burada bütün dinlәrә hörmәtlә yanaşılır. Corctaun universiteti dini tolerantlıq sahәsindә zәngin tәcrübәyә malikdir".

Daha sonra çıxış edәn İmam Yәhya Hendi qadınların hüquqları mәsәlәsinә toxunub vә dünyadakı bütün münaqişәlәrdә әsas zәrәr çәkәnlәrin qadınlar vә uşaqlar olduğunu deyib: "Qadınları ictimai hәyatdan tәcrid edәnlәr islam adından danışmamalıdır. Ailә zorakılığının әleyhinә çıxıram. Qadınların ali tәhsil alması üçün şәraiti olmalıdır".

Onun sözlәrinә görә, hәr kәsin sülhlə bağlı böyük ümidlәri var: "Yaxın Şәrqdә bu zorakılıq әbәdi olaraq davam edә bilmәz. Dünyanın müxtәlif yerlәrindә zorakılıq hәyata keçirәnlәr müsәlmanları tәmsil etmir. Biz dini ismarıclarımızı ucadan aydın şәkildә çatdırmalıyıq. Biz hamımız yekdil şәkildә zorakılığıa "yox" sülhә "hә" deyirik. Sülhün, siyasi, iqtisadi, sosial әdalәtin tәrәfdarıyıq".

O, Azәrbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını arzuladığını bildirib: "Söz verirәm ki, Azәrbaycanla Ermәnistan arasında sülhün carçılarından biri mәn olacağam. Hәr iki ölkәnin dini liderlәri bölgәdә sülhün carçıları ola bilәr. Dinlәr bir-birindәn uzaq deyillәr. Bu yalnız bizim birgә olacağımız halda baş verә bilәr. Niyә haradasa günahsız insanlar ölmәlidir. Bizim sülh vә barışıqdan başqa yolumuz yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR