İstintaq qrupu: Cahangir Hacıyevin həyat yoldaşı axtarışa verilib

İstintaq qrupu: Cahangir Hacıyevin həyat yoldaşı axtarışa verilib
# 23 iyun 2016 14:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. “Azərbaycan Beynəlxalq Banki” Açıq Səhmdar Cəmiyyətinin sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı axtarışa verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu barədə “Azərbaycan Beynəlxalq Banki” Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurulmasi faktı üzrə cinayət təqibini həyata keçirən istintaq qrupu məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, “Beynəlxalq Bank işi” ilə bağlı C. Hacıyevə və digər 7 şəxsə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Zamirə Hacıyeva istintaqdan gizləndiyi üçün barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR