Bank Of Baku

İran hökumət nümayəndəsi: “Lavaşın qeydiyyatında İran Azərbaycana, kamançanın qeydiyyatında isə Azərbaycan bizə qoşuldu”

İran hökumət nümayəndəsi: “Lavaşın qeydiyyatında İran Azərbaycana, kamançanın qeydiyyatında isə Azərbaycan bizə qoşuldu”
# 01 iyun 2018 13:29 (UTC +04:00)

“Qeyri-maddi irsin qeydiyyata alınmasında müştərək işlər İran üçün prioritetdir”.

 

Bunu İranın Mədəni irs, əl işləri sənayesi və turizm təşkilatının sədr müavini Məhəmməd Hüseyn Talibi APA-nın Tehran bürosuna açıqlamasında deyib.
 

M. H. Talibi qeyd edib ki, qeyri-maddi irs sahəsində mədəniyyətlər oxşar olduğu üçün  UNESCO-nun 2003-cü il konvensiyasına əsasən  müştərək qeydiyyatın mesajı ölkələr arasında  sülh və dostluq  mühiti yaratmaqdır: “Belə işlərin UNESCO-da qeydiyyatı üçün növbəyə ehtiyac yoxdur.  Bu səbəbdən bizim üçün  qeyri-maddi irs sahəsində prioritet  müştərək işlərin qeydiyyatıdır. Biz ortaq mədəniyyətə malik olduğumuz  region ölkələri ilə birlikdə qeydiyyat aparmağa hazırıq”.
 

M. H. Talibi Azərbaycan və İran arasında qeyri-maddi irsin qeydiyyatı sahəsində yaxşı əlaqələr olduğunu söyləyərək qeyd edib ki, lavaşın qeydiyyatı məsələsində İran Azərbaycana, kamançanın qeydiyyatında isə Azərbaycan İrana qoşuldu: “Azərbaycan və İran arasında müştərək qeydiyyata alına biləcək digər məsələlər üçün də potensial var.  Biz bu sahədə əməkdaşlıq etməyə hazırıq”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR