Türkiyədə terror aktı törədilib, bir polis şəhid olub, xeyli yaralı var - YENİLƏNİB

Türkiyədə terror aktı törədilib, bir polis şəhid olub, xeyli yaralı var - <span style="color: red;">YENİLƏNİB
# 28 iyun 2016 12:40 (UTC +04:00)

Bakı-APA. Bu gün Türkiyədə törədilən terror aktında yaralanan polis əməkdaşı şəhid olub.

APA-nın “Milliyet’ qəzetinə istinadən verdiyi məlumata görə, Diyarbəkrin Diclə qəsəbəsində PKK tərəfindən törədilən terror aktında yaralanan polislərdən birini həkimlərin səylərinə baxmayaraq, xilas etmək mümkün olmayıb.

Partlayışın baş verdiyi ərazinin giriş və çıxışları bağlanıb, bölgədə əməliyyata başlanılıb.

***

saat 13.11

Bakı - APA. Bu gün Türkiyədə terror aktı törədilib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, PKK terrorçuları Diyarbəkrin Diclə qəsəbəsində Ergani prospektində yerləşən xəstəxana yaxınlığında içərisinə partlayıcı yerləşdirilmiş avtomobili partladıblar.

Partlayış nəticəsində 2-i polis olmaqla, 8 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Partlayış nəticəsində ətrafdakı evlərə və iş yerlərinə ciddi ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR