Azərbaycanın idarəetmə strukturlarında dəyişikliklər gözlənilir

Azərbaycanın idarəetmə strukturlarında dəyişikliklər gözlənilir
# 17 aprel 2013 07:57 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə iqtisadi məsələlər üzrə dövlət müşaviri Vahid Axundov bildirib.

Onun sözlərinə görə, bir qədər əvvəl prezidentin regionların inkişafı ilə bağlı keçirdiyi müşavirənin əsas prioritetlərindən biri də institusional və struktur dəyişikliklərlə bağlı olub: «Bu sahədə bizdə problemlər az deyil. Demək olar ki, bütün sahələrdə institusional dəyişikliklər üçün ehtiyatlar var».

Dövlət müşaviri bildirib ki, idarəetmə orqanlarında gözlənilən dəyişikliklərdən biri antiinhisar siyasəti aparan strukturların səlahiyyətlərinin artırılması ilə bağlıdır: «Əsas istiqamətlərdən biri antiinhisar siyasəti aparan strukturların rolunun artırılması və onlara əlavə səlahiyyətlərin verilməsidir».

Qeyd edək ki, bununla bağlı aparılan müzakirələrdə beynəlxalq təşkilatlar Azərbaycan hökumətinə antiinhisar orqanının səlahiyyətlərinin artırılmasını və onun hər hansı dövlət qurumunun tərkibində deyil, müstəqil fəaliyyət göstərməsini təklif edir. V.Axundov yaxın vaxtlarda bununla bağlı qərarların veriləcəyini bildirib: «Hazırda bu məsələ müzakirə olunur və məncə, qərarlar qəbul ediləcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR