Türkiyədə Suriya sərhədini qanunsuz keçməyə cəhd edən 7 rusiyalı saxlanılıb

Türkiyədə Suriya sərhədini qanunsuz keçməyə cəhd edən 7 rusiyalı saxlanılıb
# 08 aprel 2015 00:47 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə əyalət administrasiyasından verilən məlumatda bildirilir.

“Aprelin 4-də hərbi münaqişədə iştirak etmək məqsədilə Suriya sərhədini qanunsuz keçməyə cəhd göstərən iki Rusiya vətəndaşı saxlanılıb. Onlar Rusiyaya deportasiya edilməsi üçün hüquq-mühafizə orqanlarına təhvil verilib. Aprelin 7-də də sərhəddə beş rusiyalı saxlanılıb”, deyə məlumatda bildirilir.

Saxlanılan şəxslərin kimliyi barədə məlumat verilmir.

Qaziantep administrasiyasının martda yaydığı məlumatda Suriyada münaqişə başlayandan İŞİD terror qruplaşmasına qoşulmaq məqsədilə sərhədi qanunsuz keçməyə cəhd edən 59 rusiyalı saxlanıldığı qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR