"Elektron kənd təsərrüfatı" sistemi “Elektron hökumət” portalına inteqrasiya olunacaq

"Elektron kənd təsərrüfatı" sistemi “Elektron hökumət” portalına inteqrasiya olunacaq
# 30 aprel 2015 10:22 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Elektron hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə görüş keçirilib.

Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə İtaliyanın "ABACO” şirkətinin və onun lokal partnyor şirkətinin nümayəndələri də iştirak ediblər.

Görüşdə "Elektron kənd təsərrüfatı” informasiya sisteminin "Elektron hökumət” portalına inteqrasiyası, bunun üçün sistemin FİN-ə uyğunlaşdırma məsələləri müzakirə edilib. Portal üzərindən Daxili İşlər Nazirliyinin "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemindən Kənd Təsərrüfatı Nazirliyinə servis ötürülməsi qərara alınıb və prosesin texniki detalları birgə müzakirə edilib.

"Elektron kənd təsərrüfatı” informasiya sisteminin portala inteqrasiyası, FİN-ə uyğunlaşma, əlaqədar qurumlardan müvafiq servislərin portal vasitəsilə ötürülməsi və digər məsələlərdə Məlumat Hesablama Mərkəzi tərəfindən istənilən proqram-texniki dəstəyin ediləcəyi bir daha vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR