Novruz bayramı ilə əlaqədar Bakıda keçiriləcək satış yarmarkalarının ünvanları müəyyənləşib

Novruz bayramı ilə əlaqədar Bakıda keçiriləcək satış yarmarkalarının ünvanları müəyyənləşib
# 15 mart 2013 14:42 (UTC +04:00)

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə təşkil olunan yarmarkaların keçirilməsində məqsəd əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.

Yarmarkalar martın 19-dək Binəqədi rayonunda Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Liseyinin həyəti, Xətai rayonunda «Bakı» kinoteatrının yanı, Nərimanov rayonunda Əliyar Əliyev küçəsi 26, «Bakı Taxıl» ASC-nin ərazisi, Nəsimi rayonunda «Təzə bazar»ın ərazisi, Səbail rayonunda Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı, Suraxanı rayonunda Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2, Yeni Günəşli qəsəbəsi, «Günəş» ticarət mərkəzinin yanı, Yasamal rayonunda Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yanında təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR