Şəmkirdə su anbarında boğulan balıqçının cəsədi tapılıb - YENİLƏNİB

Şəmkirdə su anbarında boğulan balıqçının cəsədi tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 03 iyul 2016 15:52 (UTC +04:00)

Bakı-APA. Şəmkir rayonu, Yenikənd kənd ərazisində yerləşən su anbarında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 150 km aralı, nəzarətsiz ərazidə) balıq tutarkən boğulmuş şəxsin cəsədi tapılıb.

APA-nın Fövəqladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1956-cı il təvəllüdlü Qədimov Çingiz İbad oğlunun cəsədi batdığı yerdən 50 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 16:15-də başa çatıb.

***

saat 12.43

Bakı – APA. Şəmkir rayonunun Yenikənd su anbarında balıqçı batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.

Vətəndaşın axtarışlarına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR