Bolqarıstanın baş naziri: “Cənub axını” layihəsindən imtina etmək fikrimiz yoxdur”

Bolqarıstanın baş naziri: “Cənub axını” layihəsindən imtina etmək fikrimiz yoxdur”
# 08 dekabr 2014 15:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bolqarıstan hökuməti “Cənub axını” layihəsindən imtina etmək fikrində deyil. “APA-Economics”in Rusiyanın TASS informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bunu Bolqarıstanın baş naziri Boyko Borisov deyib.

“Rəsmi Sofiya Brüsseldən sözügedən layihənin reallaşdırılması üçün icazənin verilməsinə cəhd edəcək. Lakin layihə Avropa İttifaqının qanunlarına uyğun həyata keçirilməlidir”, - deyə baş nazir bildirib.

Hökumət başçısı qeyd edib ki, qaz borusunun tikintisi ölkəsinə çox böyük fayda verəcək.

B. Borisov qeyd edib ki, layihənin həyata keçirilməsinə Aİ-nin razılığını əldə almaq üçün baş nazirin müavini Tomislav Donçev və energetika naziri Temenujk Petkov Brüsselə ezam olunub.

Qeyd edək ki, dekabrın 1-i Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfəri çərçivəsində “Cənub axını” layihəsinin dayandırılmasını bəyan edib.

Onu da əlavə edək ki, ilkin hesablamalara görə, layihənin dayandırılması Bolqarıstan büdcəsinə illik 750 mln. avro ziyan vuracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR