Adil İsgəndərovun xatirəsi anılıb

Adil İsgəndərovun xatirəsi anılıb
# 05 may 2015 14:23 (UTC +04:00)

Bakı. Cavid Zeynallı-APA. SSRİ xalq artisti, rejissor Adil İsgəndərovun anadan olmasının 105 illiyi münasibətilə anım mərasimi keçirilib.

APA-nın məlumatına görə, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi, Dövlət Film Fondunun əməkdaşları, rejissorun ailə üzvləri, ictimaiyyət nümayəndələri II Fəxri xiyabanda A. İsgəndərovun məzarını ziyarət ediblər.

Tədbirdə çıxış edənlər sənətkarın Azərbaycan mədəniyyətindəki xidmətlərindən söz açıblar.

Qeyd edək ki, Adil İsgəndərov 1910-cu il, mayın 5-də Gəncədə anadan olub. Müxtəlif illərdə Akademik Dram Teatrı və C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rəhbərlik edib. Azərbaycan SSRİ xalq artisti (1959), SSRİ dövlət mükafatı fəxri adları (1948), Lenin ordeni ilə təltif olunub.

A. İsgəndərov 1978-ci ildə Bakıda dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR