Bakıda 29 yaşlı məcburi köçkün özünü öldürüb

Bakıda 29 yaşlı məcburi köçkün özünü öldürüb
# 24 aprel 2013 14:21 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda intihar hadisəsi baş verib. Xətai rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün Zığ yolu 7 B ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, məcburi köçkün, 1984-cü il təvəllüdlü Məzahir Valid oğlu Hüseynov yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR