Azərbaycanda iki nəfərin cinayət işi yenidən araşdırılması üçün istintaqa qaytarılıb

Azərbaycanda iki nəfərin cinayət işi yenidən araşdırılması üçün istintaqa qaytarılıb
# 23 aprel 2013 11:23 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda iki nəfərin cinayət işi yenidən araşdırılması üçün istintaqa qaytarılıb.


Bu barədə APA-ya ittiham olunanların vəkili Cavanşir Süleymanov məlumat verib.


Vəkilin sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək ötən ilin avqustunda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilən, Qusar rayon sakinləri Rahib Pirəliyev və Şərafəddin Mahmudovun cinayət işinin istintaqı aprelin əvvəlində yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hər iki şəxsin işi ayrı-ayrılıqda hakimlər Tamilla Nəsrullayeva və Rauf Əliyevin icraatına verilib. Lakin hakimlər işlə tanış olduqdan sonra yenidən daha ətraflı araşdırma üçün onu istintaqa qaytarıblar.

Qeyd edək ki, bu şəxslər həm də radikal “vəhhabi” təriqətinin üzvləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR