Bank Of Baku

İtaliya təhsil vizası üçün sənədlər siyahısına dəyişiklik edib

İtaliya təhsil vizası üçün sənədlər siyahısına dəyişiklik edib
# 28 iyun 2018 10:56 (UTC +04:00)

İtaliya səfirliyi bu ölkədə təhsil vizasına müraciət etmək üçün lazımlı sənədlər siyahısında dəyişiklik edib.

 

Səfirlikdən APA-ya verilən xəbərə görə, vizaya müraciət edən tələbələr İtaliya Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş məbləğdə (illik 5.889 avro) maliyyə vəsaitinə malik olmasına dair bank arayışı təqdim etməlidir. Tələbə bu maliyyə vəsaitini göstərmək üçün İtaliya banklarının birində və ya "Yapikredi Azərbaycan" bankında cari hesabı üzrə arayış təqdim etməlidir.

 

Sözügedən vəsait ən azı viza sorğusuna cavab verilənədək həmin hesabda qalmalıdır. Yaxud, tələbə Azərbaycanda fəaliyyət göstərən istənilən bankdan son 6 ayın bank əməliyyatlarını özündə əks etdirən arayış təqdim etməlidir. Səfirlik bildirir ki, maliyyə vəsaitindən əlavə, tələbənin İtaliyada təhsil almaq üçün şəxsi hazırlığı, eləcə də ümumi şəxsi və ailəvi vəziyyəti diqqətə alınacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR