Orlandoda kütləvi qətl törədən şəxsin ABŞ vətəndaşı olduğu üzə çıxıb

Orlandoda kütləvi qətl törədən şəxsin ABŞ vətəndaşı olduğu üzə çıxıb
# 12 iyun 2016 15:50 (UTC +04:00)

Bakı-APA. Bu gün ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda kütləvi qətl törədən şəxsin ABŞ vətəndaşı Omar Matin olduğu məlum olub.

APA-nın məlumatına görə, bu barədə CBS telekanalı məlumat yayıb.

O. Matin Florida ştatının sakinidir.

Qeyd edək ki, Orlando polis rəisi Con Mina bu gün ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda naməlum şəxsin açdığı atəş nəticəsində 20-ə qədər insanın öldüyünü, 42 nəfərin yaralandığını bildirib. Gecə klubundakı insanları atəşə tutan şəxs polislə atışma zamanı öldürülüb. Terrorizm maddəsi üzrə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR