“AFB Bank” 2018-ci ilin I rübünün göstəricilərini açıqlayıb.
“APA-Economics”in verdiyi xəbərə görə, cari il aprelin 1-nə bankın aktivlərinin həcmi 466,207 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 46,79% çoxdur.
Bankın kredit portfeli hesabat dövrü ərzində 7,37% artaraq 226,164 mln. manat, depozit portfeli isə 2,25 dəfə artaraq 249,467 mln. manat olub.
Hesabat dövründə bankın cəmi öhdəlikləri isə 67,47% artaraq 394,274 mln. manat təşkil edib.
Bankın məcmu kapitalı 70 mln. 686,920 min manat, nizamnamə kapitalı isə dəyişməyərək 70 mln. 393,460 min manat təşkil edib.
Qeyd edək ki, “AFB Bank” cari ilin I rübünü 5 mln. 191 min 170 manatlıq mənfəətlə başa vurub.