“Expressbank” müştərilərinə 15 min manatadək mikro kreditlər təklif edir

“Expressbank” müştərilərinə 15 min manatadək mikro kreditlər təklif edir
# 26 oktyabr 2015 07:35 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank” müştərilərə sərfəli şərtlərlə mikro kreditlər təklif edir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, “Öz işin varsa, kredit də var” şüarı ilə kənd təsərrüfatı, ticarət, xidmət və istehsal sahələrinin kreditləşməsi həyata keçirilir.

Kreditin məbləği 500-dən 15 000 manatadək, maksimal müddəti 24 ayadək, illik faiz dərəcəsi isə 21%-dən başlayır.

Qeyd edək ki, “Expressbank” müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, təhsil, səhiyyə və neft işçilərinə kreditlər, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri mövcuddur.

“Expressbank”ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS-terminal və 300-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR