Keniyada yaraqlılar restoranı gülləbaran edib, ən azı 8 nəfər ölüb

Keniyada yaraqlılar restoranı gülləbaran edib, ən azı 8 nəfər ölüb
# 19 aprel 2013 01:01 (UTC +04:00)

Bakı-APA. Keniyanın Qariss şəhərində yaraqlıların restoranı atəşə tutması nəticəsində ən azı 8 nəfər ölüb, 5 nəfər isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Keniyadakı Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri məlumat verib.

Yerli polis fakt üzrə araşdırma aparır.

Keçən ilin noyabrından başlayaraq Keniya ordusu Somalidəki “Əş Şəbab” islamçı hərəkatın silahlı dəstələrinə qarşı əməliyyatlar həyata keçirir. Buna cavab olaraq Keniyanın ərazisində bir neçə terror aktı törədilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR