Azərbaycanla Bolqarıstan informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanla Bolqarıstan informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlığı genişləndirir
# 23 may 2015 16:55 (UTC +04:00)

Bakı - APA. Prezident İlham Əliyev Azərbaycan və Bolqarıstan hökumətləri arasında elektron rabitə, informasiya texnologiyaları və elektron idarəçilik sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi fərman imzalayıb.

APA-nın xəbərinə görə, saziş 2015-ci il martın 4-də Sofiya şəhərində imzalanıb.

Fərmanda qeyd edilib ki, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan hökumətinə bildiriş göndərməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR