Bakı. Şəhriyar Əlizadə - APA. Sabirabad sakinini elektrik cərəyanı vurub.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 8-də Sabirabad rayonunun Nərimankənd kəndində rayon sakini Murtuzəli Musayev trasformatorda təmir işləri apararkən elektrik cərəyanı vurmasından ölüb.
Faktla bağlı araşdırma aparılır.