“Expressbank” müştərilərini mükafatlandırıb

“Expressbank” müştərilərini mükafatlandırıb
# 06 may 2015 08:05 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank”ın bank kartlar üzrə Visa ilə birgə həyata keçirdiyi aksiyanın son qalibləri müəyyən olunub.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, “Expressbank”ın 2 müştərisi planşet və smartfon, 538 nəfər isə flash card qazanıb.

3 ay davam edən aksiya çərçivəsində ümumilikdə 3 müştəri planşet, 3 müştəri smartfon, 1 256 nəfər isə flash card qazanıb. Aksiyanın şərtlərinə görə, ay ərzində ən çox həcmdə nağdsız ödəniş edənlər planşet, ən çox sayda nağdsız ödəniş edənlər smartfon, ümumi ödənişləri 100 manatdan az olmamaqla minimum 3 ödəniş edənlər isə flash card qazana biliblər.

Qeyd edək ki, müştərilər Visa Electron kartını 6 manata, Visa Classic kartını isə 8 manata əldə edə bilərlər. Müştərilər hesaba minimum 400 manat ilkin mədaxil etməklə Visa Gold, 800 manat ilkin mədaxillə isə Visa Platinum kartlarını filiallarda və ya onlayn sifariş edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6 500-dək POS-terminal və 200-dək “ExpressPay” ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR