Bank Of Baku

Bu ilin 5 ayında 500-dək vətəndaş əlil arabası ilə təmin olunub

Bu ilin 5 ayında 500-dək vətəndaş əlil arabası ilə təmin olunub
# 08 iyun 2018 12:12 (UTC +04:00)

2018-ci ilin 5 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi əlilliyi olan 500-dək vətəndaşı əlil arabası ilə təmin edib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, təkcə son üç gündə 30 nəfərdən çox əlilliyi olan şəxsə müraciətlərinə uyğun olaraq əlil arabası təqdim olunub.

 

Qeyd edək ki, əlil arabası əldə etmək üçün əlilliyi olan şəxsin müraciəti əsasında tibbi göstəriş ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən nazirliyin elektron informasiya sisteminə daxil edilir: "Sistemdən alınmış həmin məlumat əsasında şəxsin əlil arabası ilə təminatı həyata keçirilir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR