Azərbaycanın daha bir korporativ bankı “Asan İmza”ya inteqrasiya edib

Azərbaycanın daha bir korporativ bankı “Asan İmza”ya inteqrasiya edib
# 29 sentyabr 2014 11:13 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “PAŞA Bank” "Asan İmza" mobil elektron imza həllini öz “İnternet Bank” sisteminə inteqrasiya edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ttps://ib.pashabank.az ünvanında yerləşən “İnternet Bank” sistemində artıq "Asan İmza" mobil elektron imzanın istifadəsi mümkündür.

“PAŞA Bank” özünün “İnternet Bank” sistemi vasitəsilə müştərilərinə geniş çeşiddə maliyyə xidmətləri təklif edir. Belə ki, sistem üzərindən bankın müştəriləri yerli və beynəlxalq ödənişlər və valyuta konvertasiyası, bankın nümayəndəsi ilə özəl ismarıc sistemi üzərindən məlumat mübadiləsi, hesabdakı qalıqlara və valyuta məzənnəsinə dair məlumatların əldə edilməsi, aparılmış tranzaksiyaların arxivləşdirilməsi və s. əməliyyatları həyata keçirə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR