Nazir: "Subsidiyanın ikinci tranşı da son qəpiyinə kimi fermerlərə çatacaq"

Nazir: "Subsidiyanın ikinci tranşı da son qəpiyinə kimi fermerlərə çatacaq"
# 23 sentyabr 2015 14:43 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Subsidiyaların ümumi dəyəri 60 milyon manatdan bir qədər artıqdır. 30 milyon manatdan artıq hissənin maliyyələşdirilməsi artıq təmin olunub. Əhali arasında belə bir söhbət dolaşır ki, bu vəsaitin yarısı maliyyələşib, digər hissəsi isə verilməyəcək və ya gec veriləcək".

APA-Economics” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

"Burada heç bir belə problem yoxdur. Sadəcə monetar tələblərə uyğun olaraq valyuta bazarına birdən-birə 60 milyon manatlıq təsir göstərməmək qərarına gəldik. Bunun üçün Maliyyə Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi razılığa gəldi ki, bu vəsait iki hissəyə bölünsün", - deyə H. Əsədov vurğulayıb.

Nazir əlavə edib ki, subsidiyaların maliyyələşdirilməsi üçün nəzərdə tutulan ikinci tranş "yaxın bir neçə gün ərzində hesaba köçürüləcək".

"Mən bəyan edirəm ki, o vəsait son qəpiyinə kimi fermerlərə çatdırılacaq", - deyə H. Əsədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR