Gürcüstanda Polis Günü qeyd edilib - FOTO

 Gürcüstanda Polis Günü qeyd edilib - <span style="color: red;">FOTO
# 31 may 2015 15:36 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanda Polis Günü qeyd edilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili hökumət üzvləri və diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu yaxınlarda Tiflisdə həlak olan polis Beki Marqişvilinin oğluna müraciət edib: "İnanıram ki, səndən gələcəkdə ləyaqətli polis çıxacaq. Mən sənə ləyaqətli atanın və qəhrəmanın oğlu olduğunu demək istəyirəm”.

Daha sonra Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri polis sıralarında fərqlənən polislərə mükafatlar təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR