Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 5 əsgər ölüb, 8-i yaralanıb

Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 5 əsgər ölüb, 8-i yaralanıb
# 29 iyul 2016 19:28 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Hakkari vilayətində PKK terrorçularının etdiyi hücum nəticəsində 5 əsgər şəhid olub, 8-i yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yolda yoxlanış aparan əsgərlər iriçaplı silahlardan atəşə tutulub.

Yaralı əsgərlər xəstəxanalara göndərilib. Qarşıdurmanın davam etdiyi bölgəyə çox sayda zirehli texnika cəlb edilib. Bölgədə hava dəstəkli əməliyyat davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR