Roland Kobia: “Azərbaycanda məişət zorakılığına qarşı mühüm işlər görülür”

Roland Kobia: “Azərbaycanda məişət zorakılığına qarşı mühüm işlər görülür”
# 18 fevral 2013 08:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Zorakılıq bütün dünya ölkələrində yaşayan qadınlara mənfi təsir edir. Dünyada 70 faiz qadın fiziki zorakılığa məruz qalır”. APA-nın xəbərinə görə, bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia “Azərbaycan Respublikasında məişət zorakılığı qurbanı olan qadınların sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi və gender məsələləri üzrə maarifləndirilməsi” layihəsinin təqdimatında deyib. O bildirib ki, ailə-məişət zorakılığı qurbanlarının 10-dan 9-u qadındır.

R.Kobianın sözlərinə görə, Avropa Şurasına üzv ölkələrdə qadınların 45%-i həyatı boyu bir dəfə də olsa zorakılıqdan əziyyət çəkir: “Hər gün isə 5 qadından biri zorakılığın qurbanı olur. Bu halların səbəbkarı çox zaman kişi, qurban isə sevdiyi və sevilən şəxs olur. Zorakılıq halları rəzalət və kişilərə yaraşmayan bir hərəkətdir. Bu problem ailəyə, xüsusilə uşaqlara mənfi təsir göstərir. Avropa Birliyi ölkələrində məişət zorakılığı ciddi və ağır cinayətlərdən biri hesab olunur. Azərbaycanda da bu istiqamətdə mühüm işlər görülür. Avropa Birliyi ölkədə icra olunan bütün işlərə dəstək verir və bundan sonra da dəstək verməkdə davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR