Azərbaycanın gömrük sahəsində normativ bazası 70% yenilənib

Azərbaycanın gömrük sahəsində normativ bazası 70% yenilənib
# 12 aprel 2013 09:02 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın gömrük sahəsində normativ-hüquqi bazasının 70%-i yenilənib. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bəyan edib.

A.Əliyevin sözlərinə görə, dövlət başçısının tapşırığına əsasən, gömrük sahəsində normativ bazanın yenilənməsi istiqamətində müvafiq işlər həyata keçirilir və bu məqsədlə 59 yeni sənəd hazırlanıb ki, bunun artıq 70%-dən çoxu təsdiqlənib.

Eyni zamanda, hazırda gömrük tarifləri ilə bağlı qanun layihəsi Milli Məclisdə komitələrdə, daha bir sənəd Prezident Administrasiyası, 2 sənəd isə müxtəlif nazirliklərdə baxılmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR