Bukmekerlər “Eurovision-2013”də Danimarka təmsilçisinin qalib gələcəyini proqnozlaşdırır

Bukmekerlər “Eurovision-2013”də Danimarka təmsilçisinin qalib gələcəyini proqnozlaşdırır
# 13 mart 2013 11:25 (UTC +04:00)

APA-nın məlumatına görə, bukmekerlər Norveç təmsilçisi Marqaret Berqerə ("I Feed You My Love") ikincilik “vəd edirlər”. Rusiya təmsilçisi Dina Qaropovanın İlk üçlükdə təmsil olunmaq şansı böyükdür. İlk onluğa düşmə ehtimalı böyük olan ölkələr sırasında İsveç, Belarus, Almaniya, İtaliya və Azərbaycan da var.

Xatırladaq ki, bukmeker kontorları “Eurovision” müsabiqəsinin başlamasından çox-çox əvvəl qalibi səhvsiz müəyyənləşdirə bilirlər.

“Eurovision-2013” müsabiqəsi mayın 14, 16 və 18-də İsveçin Malmö şəhərində keçiriləcək. Artıq 39 ölkə müsabiqədə iştirakını təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR