"PAŞA Bank" bu il 25 mln. manat gəlir əldə etməyi planlaşdırır

"PAŞA Bank" bu il 25 mln. manat gəlir əldə etməyi planlaşdırır
# 20 iyun 2016 13:56 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) apardığı siyasət nəticəsində valyuta bazarı yaxşı tənzimlənir.

"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında "PAŞA Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.

"Artıq kəskin problemlər yaşanmır. Bu gün bank müştərilərin xarici valyutaya olan tələbini digər müştərilərin təklifi əsasında ödəyir. Mövcud strategiyamızı davam etdirsək, düşünürəm ki, 2016-cı ilin sonuna 20-25 milyon gəlir əldə edə bilərik", - deyə sədr əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR