Nazir Şahin Mustafayev Əfqanıstan prezidenti ilə görüşüb - FOTO

Nazir Şahin Mustafayev Əfqanıstan prezidenti ilə görüşüb - <span style="color: red;">FOTO
# 27 fevral 2015 13:10 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Əfqanıstanda səfərdə olub.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani tərəfindən qəbul edilib, Əfqanıstanın Mədən və Neft naziri Daud Saba və Əfqanıstanın Baş icraçı məmuru Abdullah Abdullah ilə görüşüb.

Görüşlərdə enerji, tranzit, logistika, tikinti materiallarının istehsalı və s. sahələrdə əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR