Sabirabad sakini elektrik cərəyanı vurması nəticəsində ölüb

Sabirabad sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
# 08 iyul 2016 11:19 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı – APA. Sabirabadda 56 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Murtuzəli Mehdi oğlu Musayev yüksək gərginlikli elektrik transformatoruna müdaxilə edib və o, elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR