Bakı. Məlahət Nəcəfova - APA. “Biz Azərbaycanla strateji tərəfdaşlığa dair danışıqların aparılması üçün mandatın verilməsi üzərində işləyirik”.
APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, bununla bağlı bir sıra araşdırma səfərləri olub: “Bildiyiniz kimi, bu mandat Aİ-yə üzv ölkələr tərəfindən verilməlidir. Bu proses hazırda davam edir”.
M. Mard mandatın oktyabrda verilə biləcəyi ilə bağlı Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin açıqlaması barədə heç nə deyə bilməyəcəyini söyləyib.