Azərbaycan XİN İran prezidentliyinə namizədin ölkəmizə ərazi iddialarını absurd sayır

Azərbaycan XİN İran prezidentliyinə namizədin ölkəmizə ərazi iddialarını absurd sayır
# 08 fevral 2013 13:31 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Xarici işlər nazirliyində keçirilən brifinqdə nazirliyin sözçüsü Elman Abdullayev.

O bildirib ki, XİN absurd və əsassız bəyanatlara şərh vermir.

İran tərəfdən mümkün təhdid ehtimalını şərh edən Elman Abdullayev bildirib ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir və öz təhlükəsizliyini təmin etmək iqtidarındadır: “Ermənistan istisna olmaqla, digər qonşu ölkələrlə əməkdaşlığımız gündən-günə genişlənir”.

Qeyd edək ki, bu ilin iyun ayında İranda keçiriləcək prezident seçkilərdə öz namizədliyini irəli sürmək niyyətində olan Səid Məhəmməd Bokiri Xərrozi prezident seçiləcəyi təqdirdə guya İrandan ayrılmış Azərbaycan, Ermənistan və Tacikistan ərazilərini geri qaytaracağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR