Bank Of Baku

WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib

WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
# 30 avqust 2026 01:48 (UTC +04:00)

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlar çərçivəsində Yaxın Şərqə böyük həcmdə sursat göndərməsi Avropa və Asiyadakı hərbi arsenalların azalmasına səbəb olub.

Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin mənbələrinə görə, ABŞ-ın Yaponiya, Cənubi Koreya və Almaniyadan Yaxın Şərqə göndərdiyi sursat ehtiyatlarının bərpası illər çəkə bilər.

Avropadakı ABŞ qüvvələrinin “Patriot” sistemləri üçün PAC-3 raketləri və ATACMS raketlərinin ehtiyatının “kritik səviyyədən aşağı” düşdüyü bildirilir.

Sursat çatışmazlığı səbəbindən ABŞ-ın Avropa Komandanlığı əməliyyat planlarına düzəlişlər etmək məcburiyyətində qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR