Bolqarıstanın sabiq prezidenti: “Bolqarıstanla Azərbaycanın oxşarlığı çoxdur” - FOTO

Bolqarıstanın sabiq prezidenti: “Bolqarıstanla Azərbaycanın oxşarlığı çoxdur” - <font color=red>FOTO</font>
# 05 oktyabr 2012 08:35 (UTC +04:00)
APA-nın məlumatına görə, dəyirmi masa üç bölmədən ibarətdir. Dəyirmi masa iştirakçıları postmodernizm dövründə şəxsiyyətin reinterpretasiyası, intermediallıq, mədəniyyətlərarası diffuziyanın mexanizmi kimi və müasir dünyada humanitar və mədəni transformasiyalar kimi məsələlər müzakirə edirlər.

Dəyirmi masada açılış nitqi ilə çıxış edən Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova bildirib ki, postmodernist mədəniyyətdə ədəbiyyat və incəsənət bu tendensiyaya çox tez reaksiya verir: “Çalışmaq lazımdır ki, yeni texnologiyaları tətbiq edək. Müasir texnologiyalara deyil, yeni yanaşmalara da toxunmaq lazımdır. Onu da xüsusi qeyd edim ki, bugünkü dövrdə tələbələr əldə edilən bilikləri və məlumatları təhlil etməyi bacarmalıdır”.

Dəyirmi masada Yunanıstanın Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos “Olimpizm - əbədi ənənəvi dəyərlər sistemi kimi” mövzusunda çıxış edib. O idman sahəsində təhsilin ənənəvi dəyərlərindən danışıb. O ümid etdiyini bildirib ki, Bakı Beynəlxalq Humanitar Forumu ənənəvi dəyərlər sisteminə öz töhfəsini verəcək.

Daha sonra dəyirmi masada çıxış edən Bolqarıstanın keçmiş prezidenti Jelyu Jelev bildirib ki, mədəniyyət natura olmayan hər şeydir: “Ziyalıların əsas məqsədi cəmiyyətlə, xüsusi ilə də gənclərlə bölüşməkdir. Digər nəsillərə də qulaq asmalıyıq. Köhnə və yeni nəsil birlikdə işləsə, o zaman bir çox nailiyyətlərə nail olmaq mümkündür”.

Onun sözlərinə görə, yeni texnologiyaların inkişafı artıq bu məsələləri lazımsız edib: “İndiki zamanda kompüterin bir düyməsini basmaqla istənilər informasiyanı əldə etmək olar. Bir sıra xırda dövlətlər öz şair və yazıçılarını hər zaman üstün tutur. Buna görə də Bolqarıstanla Azərbaycanın oxşarlığı çoxdur. Misal olaraq, bu yaxınlarda dahi sənətkar Müslüm Maqomayevin yubileyi keçirildi. Məlum oldu ki, onun yaradıcılığı tək azərbaycanlılar tərəfindən deyil, eləcə də digər ölkələr tərəfindən də bəyənilir. Çünki onlar yalnız azadlıq və gözəlliyi təşviq ediblər”.

“Fəlsəfi təhsili aldığıma görə mənə talantın xüsusiyyəti və perspektivləri olduqca maraqlıdır. Fitri istedad heç bir sərhəd görmür. Mütləq burada güclü xarakter də lazımdır. Güclü xarakter olmasa, heç kəs öz fitri istedadını realizə edə bilməz”, - keçmiş prezident əlavə edib.

O, Bolqarıstan və Azərbaycan arasında xeyli oxşarlıqlar olduğunu diqqətə çatdıraraq qeyd edib ki, bu iki ölkə arasında humanitar və mədəniyyət sahəsində güclü əlaqələr mövcuddur.

Rusiyanın Kazan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndəsi Ramil Qariullin isə “Nanopsixologiya və postmodern psixologiya - insanlığın qlobal problemlərinin yeni komponenti kimi” mövzusunda öz fikirlərini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR