Xəzərin sahilində uşaq meyiti tapılıb

Xəzərin sahilində uşaq meyiti tapılıb
# 25 iyul 2012 07:57 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Xəzərin sahilində uşaq meyiti tapılıb. APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilib.

Xəzər rayonunda, dənizdə (“Buzovna” sularda xilasetmə məntəqəsindən təxminən 1300 m solda, nəzarətsiz ərazidə) 6-8 yaşlarında uşaq meyiti aşkarlanıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Meyit nazirliyin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR