Bakı şəhər Baş Polis İdarəsi 83 yaşlı qadının qətli ilə bağlı məlumat yayıb

Bakı şəhər Baş Polis İdarəsi 83 yaşlı qadının qətli ilə bağlı məlumat yayıb
# 31 iyul 2012 08:09 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakı şəhər Baş Polis İdarəsi Bakının Suraxanı rayonunda törədilən dəhşətli qətllə bağlı açıqlama yayıb. İdarədən APA-ya verilən məlumatda bildirilir ki, iyulun 30-da saat 12.00 radələrində Qaraçuxur qəsəbəsi Kamunal küçəsində yaşayan 42 yaşlı Lumina Məmmədova anası, 83 yaşlı Çevrov Kərim qızı Məmmədovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən L. Məmmədova yaxalanıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR