Bahar Muradova: “Ramil Səfərovun azad olunması insanlarımızın Dağlıq Qarabağın da tezliklə azad olunacağına inamını artırır”

Bahar Muradova: “Ramil Səfərovun azad olunması insanlarımızın Dağlıq Qarabağın da tezliklə azad olunacağına inamını artırır”
# 05 sentyabr 2012 08:52 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Ramil Səfərovun azad olunmasının cəmiyyətimizin sosial-psixoloji durumuna necə təsir etdiyini hər kəs gördü. Hər kəsdən çox sevinən və hisslərini büruzə verən məhz Azərbaycan gəncliyi oldu. Bu hadisə, insanlarımızın Dağlıq Qarabağın tezliklə azad olunacağına inamını daha da artırır”. APA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova partiyanın saytına müsahibəsində deyib.

B. Muradova R. Səfərovun 8 il əvvəlki addımının Azərbaycanın cəmiyyətindəki bəzi fərdlər tərəfindən qınanmasına da münasibət bildirib: “Bəzən kimlərsə özünün daha demokrat olduğunu göstərməyə çalışır, kimlərsə beynəlxalq hüququ daha yaxşı bildiyini nümayiş etdirməyə çalışır, kimlərsə mövcud iqtidarın atdığı müsbət addımların üzərinə kölgə salmaq və öz maraqları naminə, siyasi divident əldə etmək üçün hədyanlar səsləndirir. Hətta bəziləri ümumi sevincə şərik olduğunu heç də səmimi söyləmir. Mən bu kimi insanlara şəxsi və qrup maraqlarını milli və dövlət maraqlarından üstün tutmamağı tövsiyə edərdim. Hazırkı vəziyyətdə ermənilərin və beynəlxalq erməniliyin, bəzi qərəzli beynəlxalq dairələrin Azərbaycana hücumlarına içəridən dəstək verməməyə çağırıram. Ən əsası isə həmin fərdləri insaflı və Azərbaycançı olmağa dəvət edirəm. Çox təəssüf ki, bu gün bütün dünyanın terrorçu kimi tanıdığı Ermənistanda və onun hüdudlarından kənarda erməni məsələsini dəstəkləyən ölkələrdə azadlığa çıxan terrorçuların qəhrəman elan olunduğu, onlara abidələrin qoyulduğu halda Azərbaycanda anti-milli mövqe sərgiləyən vətəndaşlar da tapılır. Mən həmin fərdləri Azərbaycan xalqı və dövləti üçün ürəkdən sevinməyə çağırıram”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR