Sumqayıtda avtomobil bir piyadanı vuraraq öldürüb, digərini yaralayıb

Sumqayıtda avtomobil bir piyadanı vuraraq öldürüb, digərini yaralayıb
# 23 avqust 2012 07:16 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda ağır yol qəzası baş verib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Hadisə şəhərin 1-ci mikrorayon, Səməd Vurğun küçəsində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Elşən Qarayev idarə etdiyi “Mercedes” markalı maşınla piyada keçidindən keçən iki nəfəri vurub. Nəticədə şəxsiyyəti hələlik məlum olmayan 40-50 yaşlı qadın hadisə yerindəcə dünyasını dəyişib. Daha bir nəfər, 49 yaşlı Elşad Aslanov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR