ATƏT-in baş katibi: “Status-kvo Dağlıq Qarabağ münaqişəsinin həll yolu deyil”
12 iyul 2012 10:46 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri İrəvanda jurnalistlərə verdiyi açıqlamada ATƏT-in baş katibi Lamberto Zannyer deyib.
O qeyd edib ki, münaqişə yalnız ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həll oluna bilər. O Bakı və İrəvanda keçirdiyi görüşlərin ana xəttini bu yanaşmanın təşkil etdiyini deyib. Baş katib qoşunların təmas xəttində baş verən insidentlərdən narahatlığını ifadə edib və snayperlərin geri çəkilməsinin, insidentlərin təhqiqatı mexanizmlərinin yaradılmasının vacibliyini vurğulayıb.
Zannyer tərəfləri cavab reaksiyası verməkdən çəkinməyə çağırıb, Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətləri, deputatları, jurnalistləri arasında əlaqələrin qurulmasının vacibliyini önə çəkib. Onun sözlərinə görə, qarşıdurmanın eskalasiyası əvəzinə danışıqların dinamikasını stimullaşdırmaq lazımdır. O münaqişə tərəflərini öz cəmiyyətlərini sülhə hazırlamağa çağırıb.

Xarici siyasət
Azərbaycan ilə Latviya arasında Strateji Dialoqun növbəti iclası keçirilib
15:58
31 may 2024
BQXK nümayəndəsi: Azad olunan ərazilərdə həyata keçirilən işlərdən təsirləndim
13:14
31 may 2024
Səfir: Mina partlayışları nəticəsində insan tələfatları Aİ-ni məyus edir
11:06
31 may 2024
Ceyhun Bayramov Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
10:36
31 may 2024