Türkiyə-Suriya sərhədini minalardan təmizləyəcək şirkətlərin adı yaxın vaxtlarda məlum olacaq

Türkiyə-Suriya sərhədini minalardan təmizləyəcək şirkətlərin adı yaxın vaxtlarda məlum olacaq
# 21 iyul 2012 10:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. İyulun sonu-avqustun ilk günlərində Türkiyə-Suriya sərhədini minalardan təmizləyəcək şirkətlərin adı məlum olacaq. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə-Suriya sərhədinin minalardan təmizlənməsi layihəsi üzrə tenderin nəticələri elan ediləcək.

Son məlumata görə, tenderdə 28 yerli və 22 xarici şirkətin iştirakı ilə yaradılmış 19 konsorsium iştirak edəcək. Tenderə minatəmizləmə sahəsində tanınmış Olive Group, Minetech, CROMAC, UXB, ANAMA, Aardvak, Mechem, FSD, Scanjack və Ronco kimi təşkilatlar Türkiyədən olan tərəfdaşları ilə birgə qatılıblar.

Qeyd edək ki, tenderdə Azərbaycandan ANAMA və «Azairtecservice» şirkəti Türkiyənin “Koçoğlu” və “Özdoğanlar” şirkətləri ilə birgə yaradılmış konsorsium formasında iştirak edir.

Layihə çərçivəsində 1950-ci illərdə minalanmış 911 km-lik Türkiyə-Suriya sərhədinin minalardan təmizlənməsi nəzərdə tutulur. Minalı sahələr ərazi şəraitinə görə 140, 124, 110, 156, 101 və 280 km olmaqla altı bölgəyə ayrılıb və ümumi sahəsi 212 milyon kvadratmetrdir

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR