Azərbaycan paytaxtında fəaliyyət göstərən “Tir” atış mərkəzləri ləğv olunacaq

Azərbaycan paytaxtında fəaliyyət göstərən “Tir” atış mərkəzləri ləğv olunacaq
# 25 iyul 2012 13:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Bakı şəhərində fəaliyyət göstərən keçmiş Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinə (KHVTİC) məxsus “Tir” atış mərkəzlərinin ləğvi gözlənilir. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Məlumatda bildirilib ki, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən bu “Tir”lərin bazasında yeni atış hazırlığı mərkəzlərinin yaradılması nəzərdə tutulur.

Vaxtı ilə KHVTİC-in təkcə Bakı şəhərində 80-dən artıq “Tir” atış mərkəzi fəaliyyət göstərib.

Qeyd edək ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) cari ilin iyun ayında ləğv edilib. Cəmiyyət iyulun 13-də Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi adı ilə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin tərkibinə daxil olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR