İran Qurban bayramı günlərində Suriyada atəşkəs əldə olunmasına çalışır

İran Qurban bayramı günlərində Suriyada atəşkəs əldə olunmasına çalışır
# 22 oktyabr 2012 10:10 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran Suriyada atəşkəsin əldə olunması məqsədilə bəzi müxalif qruplarla əlaqələr qurub”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib.

Onun sözlərinə görə, İran iqtidarla müxalifət arasında dialoq qurulması və görüşlərin keçirilməsi üçün lazımi şərait yaratmağa hazırdır: “Qurban bayramında Suriyada tərəflər arasında atəşkəsin əldə olunması üçün səy göstəririk. İran prezidenti Mahmud Əhmədinejadla Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında Bakıda, BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Əhzar İbrahimi ilə isə Tehranda keçirilən görüşlərdə Qurban bayramında Suriyada atəşkəsin əldə edilməsi məsələsi əsas müzakirə mövzusu olub. Suriya hökuməti də atəşkəsə hazır olduğunu açıqlayıb. Ancaq bəzi müxalif qruplar arasında birliyin olmaması qarşı tərəfin indiyədək məsələyə münasibət bildirməməsinə səbəb olub”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR