Azərbaycan buğda istehsalını 12% artırıb

Azərbaycan buğda istehsalını 12% artırıb
# 07 avqust 2012 14:47 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, ölkədə payızlıq və yazlıq dənli və dənli paxlalıların (qarğıdalısız) biçim sahəsi 995 888 hektar təşkil edir və avqustun 6-na olan məlumata əsasən, bu sahənin 984 343 hektarı artıq biçilib. Ötən ilə nisbətən biçiləcək sahə 6,7%, artıq biçilmiş sahə isə 6,3% artıb. Hesabat dövründə biçilmiş sahədə 2 594 206 ton dənli və dənli paxlalılar (qarğıdalısız) istehsal olunub ki, bu da ötən ilə nisbətən 13,4% çoxdur. Məhsuldarlıq 26,4 sen/ha olub, bu isə ötən ildəkindən 6,9% çoxdur.

Eyni zamanda, 2012-ci ildə buğda istehsalı üçün biçiləcək sahə 687 982 ha təşkil edib ki, ondan 682 629 ha artıq biçilib. Ötən ilə nisbətən biçiləcək sahə 5,2%, artıq biçilmiş sahə isə 2,6% artıb. Biçilmiş sahədən 1 835 037 ton buğda istehsal olunub, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 12,2% çoxdur.

Məhsuldarlıq 26,9 sen/ha-ya bərabər olub ki, bu da ötən ilə nisbətən 7,2% çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR