Benyamin Netanyahu: “İrana hərbi müdaxilə barədə qərarı yalnız mən verə bilərəm”

Benyamin Netanyahu: “İrana hərbi müdaxilə barədə qərarı yalnız mən verə bilərəm”
# 03 avqust 2012 03:38 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İrana hərbi müdaxilə barədə qərarı yalnız mən verə bilərəm”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikri İsrailin baş naziri Benyamin Netanyahu bildirib. Onun sözlərinə görə, bu məsələdə ölkənin hərbi deyil, əsasən siyasi rəhbərliyi qərar qəbul edə bilər: “İsrailin keçmiş baş naziri Menahim Beginin zamanında “Mossad” və hərbi kəşfiyyatın komandanlarının qarşı çıxmalarına baxmayaraq, İraqın nüvə obyektlərinə hücum edilmişdi. İrana hücum edilib-edilməyəcəyi məsələsində təhlükəsizlik və müdafiə nazirləri deyil, ancaq siyasi rəhbərlik qərar verə bilər. Mən də bu mövzuda hələlik hər hansı bir qərar qəbul etməmişəm. Əsasən siyasi rəhbərlik qərar alar, peşəkarlar da həmin qərarı tətbiq edərlər. Bu hər zaman baş verə bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR