Xarici İşlər Nazirliyi: Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda qondarma “seçkilərin” keçirilməsi sülh danışıqları prosesinə zərbədir

Xarici İşlər Nazirliyi: Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda qondarma “seçkilərin” keçirilməsi sülh danışıqları prosesinə zərbədir
# 18 iyul 2012 08:24 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib.

O qeyd edib ki, bu addım mövcud status-kvonu daha da möhkəmlədir və erməni tərəfinin danışıqlar aparmaq arzusunda olmadığını təsdiqləyir: “Azərbaycanın işğal altında olan ərazilərinə bizim razılığımız olmadan, qanunsuz səfər etmiş şəxslər arzuolunmaz şəxslər siyahısına daxil ediləcək. Azərbaycanın bu məsələdə mövqeyi prinsipialdır”.

Xatırladaq ki, Ermənistan kütləvi informasiya vasitələri Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ regionunda qondarma “prezident seçkiləri”nin keçiriləcəyi barədə məlumat yayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR