SAM-ın aparıcı elmi işçisinin yeni kitabı çap olunub

SAM-ın aparıcı elmi işçisinin yeni kitabı çap olunub
# 07 noyabr 2012 07:00 (UTC +04:00)
Bak;-APA. Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Kamal Makili-Əliyev Moldovanın Elmlər Akademiyasında Beynəlxalq və Konstitusiya Hüququ haqqında yeni kitabını çap etdirib.

APA-nın məlumatına görə, kitab beynəlxalq hüquq, onun insan hüquqları və dövlət administrasiyası ilə əlaqələri ilə maraqlananlar üçün nəzərdə tutulub. Kitabın toxunduğu əsas ideyalar beynəlxalq insan hüquqları, onun inkişaf tarixi, insan hüquqlarının əsas mənbələri, əsas prinsiplər kimi bərabərlik məsələləri və diskriminasiya, həyata keçirilmə sistemləri və beynəlxalq insan hüquqlarının icbari tətbiqi, əsas və prosessual hüquqlar habelə beynəlxalq insan hüquqları daxil olmaqla bu növ monitorinq və tətbiqetmə hüquqlarıdır. Kitabın ixtisaslaşdırılmış hissəsi isə beynəlxalq insan hüquqları ilə konstitusiya hüququnun milli filialının müqayisəli təhlilini aparır.

Kamal Makili-Əliyevin bu kitabı bir çox elmi işçilərin, tədqiqatçıların, dövlət işçilərinin, akademiya işçilərinin, hüquq tələbələrinin və başqalarının maraq dairəsini əhatə edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR